UEFA Gənclər Liqası: “Qarabağ” ağır uduzdu

UEFA Gənclər Liqasında “Qarabağ”ın U-19 komandası ağır məğlubiyyət aldı.
90plus.az xəbər verir ki, UEFA Gənclər Liqasının əsas mərhələsinə start verilib. Turnirin ilk oyun günündə “Qarabağ”ın U-19 komandası Portuqaliyada meydana çıxıb.
Ağdam təmsilçisinin gənclərdən ibarət komandası Çempionlar Liqasının əsas komanda qarşılaşması kimi “Benfika” ilə üz-üzə gəlib. Lissabondakı “Kayşa Futeboç Kampuş” arenasında baş tutan görüş Azərbaycan klubu üçün uğursuz nəticələnib – 7:1.
Benfika 7 - 1 Qarabağ
Figueiredo M. 6'
Moreira G. 15', 17', 26', 38'
Silva F. 20'
Stevan 61'
Abar Qazibayov 85’
“Qarabağ”ın U-19 kollektivinə veteran futbolçu Rəşad Sadiqov rəhbərlik edir. Komanda UEFA Gənclər Liqasının Liqa mərhələsində ümumilikdə 6 oyun keçirəcək.
© Copyright 2025, All Rights Reserved