UEFA kişi millilər üçün yeni konsept yaratdı!
UEFA-nın məlumatına görə, İcraiyyə Komitəsi kişi milli komandaları üçün turnirlərə dair tamamilə yeni yarış konseptini təsdiqləyib. Bu dəyişikliklər UEFA Avro 2028 turnirindən dərhal sonra tətbiq olunacaq.
90plus.az xəbər verir ki, 2028/29 mövsümündən etibarən UEFA Millətlər Liqası mövcud dörd liqalı sistemdən çıxaraq, üç liqalı və hərəsində 18 komanda olan daha sadələşdirilmiş formata keçəcək.
Hər liqa üç qrupa bölünəcək və hər qrupda altı komanda olacaq. Millətlər seçilmiş səbət sistemi əsasında ev və səfər oyunlarında fərqli beş rəqiblə ümumilikdə altı oyun keçirəcək.
Eyni zamanda Avropa seçmə mərhələsi də yenilənəcək və iki səviyyəli sistemə keçəcək:
Aleksander Çeferin bildirib ki, bu dəyişikliklər rəqabət balansını artıracaq, “mənasız oyunları” aradan qaldıracaq və əlavə oyun günü əlavə etmədən azarkeşlər üçün daha dinamik sistem yaradacaq.
Bundan əlavə, komitə 2026/27 mövsümündən etibarən “Daimi Oturma Tribunaları Observer Proqramı”nın genişləndirilməsini də təsdiqləyib. Bu, təsdiqlənmiş federasiyalara UEFA-nın klub və milli turnirlərində təhlükəsiz oturma zonalarından istifadə imkanı verəcək.
© Copyright 2026, All Rights Reserved