Ukrayna - Azərbaycan: İlk 11-liklər hazır

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Polşada Ukrayna yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. İlk 11-liklər açıqlandı.
90plus.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov bu matç üçün belə heyətə etibar edib:
Qapıda — Şahruddin Məhəmmədəliyev.
Müdafiə xəttində — Elvin Cəfərquliyev, Elvin Bədəlov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk və Abbas Hüseynov.
Yarımmüdafiədə — kapitan Emin Mahmudov, Abdulah Xaybulayev, Toral Bayramov və Anatoli Nuriyev.
Hücumda isə komandaya Nəriman Axundzadə rəhbərlik edəcək.
🇺🇦Ukrayna millisinin start heyətində isə Anatoli Trubin, Yuxim Konoplya, İlya Zabarnıy, Mikolo Matviyenko (kapitan), Vitali Mikolenko, Ruslan Malinovski, Yeqor Yarmolyuk, Oleq Oçeretko, Aleksey Hutsulyak, Nazar Voloşin və Artyom Dovbik yer alıb.
© Copyright 2025, All Rights Reserved