Zinçenkonun “Marsel” gedişi baş tutmur

90plus.az xəbər verir ki, Ukraynalı müdafiəçi Oleksandr Zinçenkonun "Marsel" klubuna mümkün keçidi baş tutmaya bilər. "Sky Sports"un məlumatına görə, hər iki klub arasında ilkin danışıqlar aparılsa da, transferin reallaşması artıq real görünmür.
Hazırda Zinçenkonun "Arsenal"da qalacağı gözlənilir. Bununla belə, yay transfer pəncərəsində futbolçuya Türkiyə klublarından da maraq olub.
Qeyd: Türkiyədə transfer pəncərəsi 11 sentyabr tarixinədək açıq qalacaq.
Zinçenko 2025/26 mövsümündə "Arsenal"ın ilk iki Premyer Liqa oyununda iştirak etməyib. Onun London klubu ilə olan hazırkı müqaviləsi növbəti yay başa çatır.
Ukraynalı futbolçu "Arsenal"a 2022-ci ilin iyulunda "Mançester Siti"dən 35 milyon avroya transfer olunmuşdu. O, ötən mövsüm 23 oyuna çıxaraq 1 qol və 1 assistlə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved