Ukraynalı məşqçi: "Biz Azərbaycan millisinə hörmətlə yanaşırıq"

"İslandiya və Azərbaycan milliləri bizim üçün ideal rəqiblərdir"
90lus.az xəbər verir ki, bu sözləri Ukrayna millisinin sabiq qapıçısı Yuri Virt 2026-cı il dünya çempionatının seçmə mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirərkən deyib.
O, ölkəsinin rəqiblərindən danışarkən Azərbaycan və İslandiyanın onlar üçün uyğun komandalar olduğunu bildirib:
"İslandiya və Azərbaycan milliləri bizim üçün ideal rəqiblərdir. Təbii ki, hər bir komandaya hörmətlə yanaşırıq.
Digər rəqibimiz Fransa və ya Xorvatiya seçməsi olacaq. İstənilən halda, hər iki komanda da güclüdür".
© Copyright 2025, All Rights Reserved