Unai Emeri bunu bacaran 4-cü məşqçidir
İspaniyalı mütəxəssis Unai Emeri müasir Avropa futbolunun ən uğurlu baş məşqçilərindən biri kimi nüfuzunu daha da gücləndirib.
"Sevilya”, “Vilyarreal” və “Aston Villa” ilə böyük Avropa kubokları qazanan Emeri bununla da üç fərqli klubla bu uğura nail olan tarixdə cəmi dördüncü məşqçi olub.
90plus.az xəbər verir ki, Avropa klub turnirlərinin tarixində yalnız bir neçə əfsanəvi məşqçi belə bir göstəriciyə imza atıb.
Emeridən əvvəl bu nailiyyət Joze Mourinyoya məxsus idi. Portuqaliyalı çalışdırıcı “Portu”, “İnter”, “Mançester Yunayted” və “Roma” ilə Avropa kubokları qazanıb. Siyahıda həmçinin Rafael Benítez və Udo Lattek də yer alır.
Emerinin statistikası xüsusilə UEFA turnirlərindəki sabit çıxışına görə diqqətçəkəndir.
© Copyright 2026, All Rights Reserved