"Mançester Yunayted"dən "Kriştiano Ronaldo qaydası"
"Mançester Yunayted" klubda "Kriştiano Ronaldo qaydası"nı tətbiq etmək qərarına gəlib. 90plus.az "Daily Mail"ə istinadən xəbər verir ki, klub bununla futbolçularla yüksək müqavilə imzalanmasının qarşısını alacaq. Belə ki, "Mançester Yunayted" rəhbərliyi futbolçular arasında maaş tarazlığını qorumaq üçün oyunçuya həftədə maksimum 200 min funt sterlinq ödəyəcək.