Upamekanonu iki nəhəng klub istəyir
Upamekano üçün transfer yarışı: "Real Madrid" və PSJ vəziyyəti izləyir.
90plus.az xəbər verir ki, “Bayern Münhen”in mərkəz müdafiəçisi Dayo Upamekano Avropanın iki nəhəng klubunun diqqət mərkəzinə düşüb. "Real Madrid" və "Paris Sen-Jermen" fransalı futbolçunun durumunu yaxından izləyən klublar sırasındadır.
Mənbələrin məlumatına görə, Upamekanonun maliyyə tələbləri kifayət qədər yüksəkdir. Müdafiəçi yeni müqavilə üçün mövsümə 20 milyon avro xalis maaş, eləcə də 20 milyon avro imza pulu tələb edir. Təklif edilən şərtlər “Bayern”in daha əvvəl Alfonso Deyvislə imzaladığı yeni müqavilə paketinə yaxın hesab olunur.
Hazırda futbolçu ilə klub arasında aparılan danışıqların bir neçə həftədir dalana dirəndiyi bildirilir. Tərəflər arasında razılaşma əldə olunmasa, “Bayern”in əsas müdafiəçilərindən biri yay aylarında transfer bazarının əsas fiqurlarından birinə çevrilə bilər.
Qeyd olunur ki, həm "Real Madrid", həm də PSJ yaxın aylarda yaranacaq vəziyyətdən asılı olaraq rəsmi addımlar ata bilər.
© Copyright 2026, All Rights Reserved