“Uşaqlıq arzuma çatdım” Abdullah Zubir

Zubir: “Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi”.
90plus.az xəbər verir ki, “Qarabağ”ın kapitanı Abdullah Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferensvaroş”la Bakıda keçirilən cavab oyunundan (2:3) sonra fikirlərini açıqlayıb. Fransalı yarımmüdafiəçi tarixə düşən uğurdan böyük sevinc yaşadığını bildirib:
“Çox xoşbəxtəm. Hisslərimi necə ifadə edəcəyimi bilmirəm. Sevincli, çətin oyun oldu. Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi”, – deyə Zubir vurğulayıb.
Kapitan vurduğu qoldan sonra sevincini baş məşqçi Qurban Qurbanovla bölüşməsinin səbəbini də açıqlayıb:
“Bu, öz qərarım idi. Onun necə əziyyətlə çalışdığını bilirəm. Zəhmətimizin bəhrəsini görmək bizi sevindirir. Qurbanov buna, bundan da artığına layiqdir”.
Zubir həmçinin qarşıdakı oyunlara da toxunub:
“İndi bu qələbənin dadını çıxarmaq lazımdır. Çempionlar Liqasında olan bütün komandalar güclüdür. Ümid edirəm ki, püşkatma da yaxşı olacaq”.
Xatırlatma: "Qarabağ” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib.
Rəqiblər bu gecə saat 20:00-da püşkatma mərasimində bəlli olacaq.
🔗 Ən son xəbərlər üçün: 90plus.az
© Copyright 2025, All Rights Reserved