Usman Dembele Dezireyə eqoistliklə bağlı mesaj yolladı
PSJ-nin ulduzu Usman Dembele ötən gecə “Renn”ə məğlubiyyətdən sonra səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
90plus.az xəbər verir ki, fransalı futbolçu komanda yoldaşlarını meydanda birlik ruhunun çatışmamasına görə tənqid edib və eqoları bir kənara qoymağa çağırıb.
Baş məşqçi Luis Enrike isə komandada hər hansı eqo probleminin olmadığını bildirib və Dembelenin sözlərinin emosional məğlubiyyət fonunda deyildiyini vurğulayıb.
Sosial şəbəkələrdə isə Dembelenin açıqlamasının xüsusilə Dezire Dueyə ünvanlandığı iddia olunur. Gənc futbolçunun bəzən həddindən artıq fərdi oyuna üstünlük verməsi müzakirə mövzusuna çevrilib.
RMC Sport-un yaydığı məlumata görə, PSJ son həftələr məşqlər zamanı müəyyən eqoist davranışların fərqinə varıb, lakin klub rəhbərliyi məsələni operativ şəkildə həll edib.
© Copyright 2026, All Rights Reserved