Usman Dembele FİFA The Best 2025-in qalibidir
Usman Dembele 2025-ci ilin FIFA The Best qalibi oldu.
90plus.az xəbər verir ki, Fransa millisinin hücumçusu Usman Dembele 2025-ci il üçün FIFA The Best Player mükafatına layiq görülüb.
Dembele ötən mövsüm həm klubunda, həm də yığmada möhtəşəm forma nümayiş etdirib. O, PSJ-nin Çempionlar Liqası, Liqa 1 və Fransa Kuboku qələbələrinə böyük töhfə verib.
Bu mövsüm Dembele zədələr və fiziki problemlərlə üzləşsə də, keçən mövsüm PSJ üçün əldə etdiyi uğurları heç nə azalda bilməz.
Qeyd: Dembele həm də cari ilin Qızıl Top sahibidir və sentyabr ayında Ballon d’Oru qazanıb.
Beləliklə, Usman Dembele eyni ildə həm Qızıl Top, həm də FIFA The Best qalibi olmağı bacardı!
© Copyright 2025, All Rights Reserved