“Utanılacaq hesabla uduzmadıq” “Şkendiya”nın çalışdırıcısı

“Qarabağ”a utanılacaq hesabla uduzmadıq" – “Şkendiya”nın baş məşqçisi belə deyib.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olan “Şkendiya”nın baş məşqçisi qarşılaşma barədə fikirlərini bölüşüb.
Şimali Makedoniya klubunun çalışdırıcısı matçdan sonra açıqlamasında bu nəticənin utandırıcı olmadığını bildirib:
“Utanılacaq hesabla məğlub olmadıq. Rəqib komanda yalnız 1:0 hesabı ilə öndədir. Bakıda yaxşı nəticə qazanmağa çalışacağıq. Bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkür edirik”.
Baş məşqçi “Qarabağ”ın təcrübəsinə toxunaraq, komandasının əzmlə mübarizə apardığını vurğulayıb:
“Hər il avrokubokların qrup mərhələsində çıxış edən komandaya qarşı başabaş mübarizə apardıq. Futbolçularımız bu qarşılaşmada var gücləri ilə oynadılar. Oyunda fərqlənmək üçün bir neçə şansımız oldu. Komandada əhval-ruhiyyə yüksəkdir”.
Qeyd: Komandalar arasında cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.
© Copyright 2025, All Rights Reserved