Van der Sar: “Donnarumma Avropanın ən yaxşı qapıçılarındandır”

"Mançester Yunayted"in sabiq qapıçısı Edvin van der Sar "Siti"yə yeni transfer olunan Canluici Donnarumma haqqında yüksək fikirlər səsləndirib.
90plus.az xəbər verir ki, niderlandlı əfsanə qolkiper italyan qapıçının Avropanın ən yaxşıları arasında yer aldığını bildirib.
“O, ən yaxşı qapçılardan biridir. Son illərdə, zədələnməmişdən əvvəl "Bavariya"nın heyətində olan Manuel Noyer də bu kateqoriyaya daxil idi. Mənim sevimli qapıçılarım arasında həmçinin Ederson və Alisson da var,” – deyə van der Sar bildirib.
Xatırlatma: Donnarumma bu yay Fransanın PSJ klubundan ayrılaraq İngiltərə nəhəngi "Mançester Siti"yə transfer olunub.
© Copyright 2025, All Rights Reserved