Vaqif Cavadov Azərbaycan millisinə təyin olundu
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin məşqçilər korpusunda yeni dəyişiklik edilib.
90plus.az xəbər verir ki, qəbul olunan qərara əsasən, Vaqif Cavadov U-20 yığmasının köməkçi məşqçisi postuna gətirilib.
O, futbolçu kimi karyerası ərzində ölkəmizdə “Qarabağ”, “Bakı”, “Keşlə” (indiki “Şamaxı”), “Xəzər Lənkəran”, “Qəbələ”, “Sumqayıt” və AZAL klublarında çıxış edib. Bundan başqa, legioner kimi Niderlandda “Tvente”, Rusiyada “Volqa”, Türkiyədə isə “Qaziantep BB” və “Boluspor” komandalarının formasını geyinib. Vaqif Cavadov 2006-2014-cü illər aralığında Azərbaycan millisində 58 oyuna çıxıb və 9 qolla yadda qalıb.
2020-ci ildən məşqçilik fəaliyyətinə başlayan mütəxəssis “Sumqayıt” klubunda, həmçinin qısa müddət Qazaxıstanın “Turan” komandasında çalışıb. O, məşqçiliyə “Sumqayıt”ın U-19 kollektivində köməkçi kimi başlayıb, daha sonra “Sumqayıt-2”də baş məşqçi vəzifəsini icra edib. 2024/2025 mövsümünün ikinci hissəsində isə “Sumqayıt”ın əsas komandasına baş məşqçi kimi rəhbərlik edib.
© Copyright 2026, All Rights Reserved