Vardi “Man Yunayted”ə gəlir

“Mançester Yunayted” Ceymi Vardi ilə maraqlanır.
90plus.az xəbər verir ki, “Mançester Yunayted” maliyyə imkanlarını nəzərə alaraq azad agentlər bazarına üz tutub. İngiltərə mətbuatının yaydığı məlumata görə, “qırmızı şeytanlar” təcrübəli hücumçu Ceymi Vardi ilə maraqlanır.
38 yaşlı futbolçu ötən mövsüm müqaviləsinin başa çatmasının ardından “Lester Siti”dən ayrılıb. Klubla yollarını rəsmən ayıran Vardi hazırda sərbəst agent statusundadır. “The Sun” nəşrinin məlumatına əsasən, Erik ten Haq heyətə təcrübəli və ucuz hücumçu qatmaq niyyətindədir və bu kontekstdə Vardinin transferi gündəmə gəlib.
Təcrübəli forvard 2024/25 mövsümündə “Lester”in heyətində 36 matçda forma geyinərək 10 qol və 4 məhsuldar ötürmə ilə komandanın ən məhsuldar oyunçusu olub.
Qeyd: “Lester Siti” bu mövsüm Premyer Liqanı tərk edərək Çempionşipə yuvarlanmışdı.
© Copyright 2025, All Rights Reserved