Veteran matçında qol vurdu, sonra vəfat etdi
Serbiya millisinin sabiq üzvü Deyan Milovanoviç veteranlar matçı zamanı vəfat edib.
90plus.az xəbər verir ki, 41 yaşlı sabiq futbolçu “Srvena Zvezda”nın veteran komandasında iştirak edərkən qəfil infarkt keçirib.
Milovanoviç qol vurduqdan qısa müddət sonra yerə yıxılaraq huşunu itirib. Hadisə yerinə çağırılan tibbi yardım heyəti onun həyatını xilas edə bilməyib.
Peşəkar karyerası ərzində Milovanoviç Serbiyanın “Srvena Zvezda” və “Vojdovac”, Fransanın “Lans”, eləcə də Yunanıstanın “Panionios” klublarının formasını geyinib. O, 2006-cı ildə Serbiya çempionatının ən yaxşı futbolçusu seçilmişdi.
© Copyright 2026, All Rights Reserved