Viktor Gyökereş başından ağır zərbə aldı

Hazırda davam edən “Arsenal”ın Çempionlar Liqasındakı ilk oyununda Viktor Gyökereş başından aldığı güclü zərbə səbəbindən təxminən dörd dəqiqə oyun dayanıb və ona tibbi müdaxilə olunub.
90plus.az xəbər verir ki, isveçli hücumçu “Atletik”lə görüşün 30-cu dəqiqəsində komanda yoldaşı Qabriel Maqalyayşla toqquşub. Hər iki futbolçu yerdə qalsa da, daha ağır vəziyyətə düşən Gyökereş olub.
Tibbi personal dərhal müdaxilə edib. Kadrlarda hücumçunun başının arxa hissəsində dərin kəsik olduğu görünürdü. O, qanaxma səbəbindən meydanda müalicə aldıqdan sonra başına sarğı qoyularaq qara bandajla oyuna davam edib. Görüş təxminən dörd dəqiqəlik fasilədən sonra bərpa olunub.
Zədə epizodu zamanı hesab 0:0 idi və meydan sahibləri favorit göstərilən “Arsenal”ı çətin vəziyyətə salmağa çalışırdı. 64 milyon funt sterlinqə transfer olunan Gyökereş yeni klubunda dörd matçda üç qol vurmuşdu və Bilbao oyununda da təsirli çıxış etməyə çalışırdı.
O, meydandan çıxana qədər dörd zərbə endirib, 65-ci dəqiqədə isə yerini Leandro Trossarda verib. “Arsenal” bundan sonra hesabı açmaq üçün hücumlarını davam etdirib.
© Copyright 2025, All Rights Reserved