Viktor Gyökeres bu komanda üçün “Mançester Yunayted”i rədd etdi

İsveçli hücumçu Viktor Gyökeres bu yay “Sportinq”dən ayrılmağa hazırlaşır.
90plus.az xəbər verir ki, onun əsas transfer hədəfi isə “Mançester Yunayted” idi. Lakin “Guardian” nəşrinin məlumatına görə, Gyökeres “qırmızı şeytanlar”ın təklifini rədd edib. Buna səbəb kimi onun “Arsenal” klubunu “röya” komanda kimi görməsi göstərilir.
“Mançester Yunayted” Gyökeresi hücum xətti üçün bir nömrəli namizəd kimi görsə də, oyunçunun prioriteti fərqlidir. “Arsenal”ın növbəti mövsüm Çempionlar Liqasında çıxış edəcək olması da Gyökeresin qərarına təsir edən əsas amillərdən biri olub.
Bununla belə, məlumatda qeyd olunur ki, “Arsenal” rəhbərliyi hücum xəttini gücləndirmək üçün əsas diqqətini “RB Leypsiq”də çıxış edən Benjamin Şeşko üzərində cəmləyib.
© Copyright 2025, All Rights Reserved