"Vilyarreal" "Çelsi"nin müdafiəçisini aldı

İspaniyanın La Liqa təmsilçisi "Vilyarreal", İngiltərə Premyer Liqa klubu "Çelsi"də çıxış edən portuqaliyalı müdafiəçi Renatu Veiqanı heyətinə qatıb.
90plus.az xəbər verir ki, "Vilyarreal" klubunun rəsmi açıqlamasına görə, 22 yaşlı futbolçu ilə 2032-ci ilə qədər müqavilə imzalanıb.
Karyerası ərzində "Auqsburq", "Yuventus", "Bazel" və "Çelsi" kimi klublarda çıxış etmiş Veiga, 2024–2025 mövsümündə "Çelsi" ilə UEFA Konfrans Liqasının qalibi olub.
Qeyd: "Vilyarreal" yay transfer dövründə bundan əvvəl Alberto Moleyro, Santyaqo Mourino, Tajon Byukenan, Rafa Marin və Tomas Parti kimi oyunçuları da heyətinə qatdığını açıqlayıb.
© Copyright 2025, All Rights Reserved