"Vilyarreal"–"Barselona" oyunu Mayamidə keçiriləcək

İspaniya Futbol Federasiyası ("RFEF"), La Liqanın 17-ci turunda baş tutacaq "Vilyarreal"–"Barselona" qarşılaşmasının ABŞ-ın Mayami şəhərində yerləşən "Hard Rok" stadionunda oynanmasına razılıq verib.
90plus.az xəbər verir ki, Federasiyadan verilən açıqlamaya əsasən, idarə heyətinin toplantısından sonra 20 dekabr tarixində baş tutacaq oyunun hər iki klubun tələbi əsasında Mayaminin ev sahibliyi etməsi üçün müraciət etdiyi və bu müraciətin qəbul olunduğu bildirilib.
Açıqlamada qeyd olunur: “Sənədlər araşdırıldıqdan və idarə heyətindən təsdiq alındıqdan sonra, İspaniya Kral Futbol Federasiyası FIFA-nın Beynəlxalq Oyunlar Qaydası və RFEF tərəfindən təsdiqlənmiş tətbiq qaydalarına əsasən, 20 dekabr 2025-ci ildə Mayamidəki 'Hard Rok' stadionunda keçiriləcək matç üçün FIFA-dan icazə alma prosedurlarına başlamaq məqsədilə UEFA-ya rəsmi müraciət edəcək.”
La Liqanın təqviminə görə, qarşılaşmanın ilkin olaraq 21 dekabrda "Vilyarreal"ın "Seramika" stadionunda keçirilməsi nəzərdə tutulurdu. Lakin oyunun İspaniyadan kənarda baş tutması üçün həm UEFA, həm də FIFA-nın razılığı tələb olunur.
© Copyright 2025, All Rights Reserved