Vini Junior yerdə qalmaq üzrə “rekord qırdı”

Davam edən “Real Madrid - Osasuna” oyununda Vinisius Junior ilk hissədə ən çox yerdə qalan futbolçu olub.
90plus.az xəbər verir ki, braziliyalı hücumçuya 3 dəfə qarşı qayda pozuntusu qeydə alınıb. Bununla belə, matçın gedişində hakim bir çox digər epizodlarda simulyasiyalara məhəl qoymayıb. Məsələn, Vinisiusun topu ələ keçirərək hücuma çıxmaq istədiyi anda onun ayağına basılıb.
Bundan başqa, braziliyalı futbolçu rəqib cərimə meydançasında aşkar penalti epizodunda yerə yıxılsa da, referi 11 metrlik zərbə təyin etməyib.
“Real Madrid” topa nəzarətdə böyük üstünlük qazansa da, 10 zərbə endirməsinə baxmayaraq, hələlik kəskin hücumları çatışmayıb.
© Copyright 2025, All Rights Reserved