Vini “Real”da qalmağa can atır

“Real Madrid” Vinisiusun gələcəyindən narahat deyil.
90plus.az xəbər verir ki, “Real Madrid” braziliyalı ulduz Vinisius Juniorun mümkün ayrılığı ilə bağlı təmkinli davranır. İspaniya mətbuatının məlumatına görə, klub 25 yaşlı vingerə daha yaxşı şərtlərlə yeni müqavilə təklif edib. Əgər Vinisius razılaşmasa, o, artıq yanvar ayından etibarən komandadan ayrılmaq imkanı qazana bilər.
Hazırda Vinisiusun “Real Madrid”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
❗️ Vinisiusun mövqeyi
Tanınmış insayder Fabrizio Romano isə iddialara aydınlıq gətirib. Onun sözlərinə görə, Vinisius “Real Madrid”də qalmaq niyyətindədir və klubla müqavilə danışıqları davam edir. Braziliyalı futbolçunun “kral klubu”na sevgisi böyükdür və gələcəkdə də komandada qalmaq istəyir.
📌 Mənbə: El Chiringuito TV, Fabrizio Romano
© Copyright 2025, All Rights Reserved