Vinisius Alonsoya görə “Real”da qalmaq istəmir
Vinisius Junior “Real Madrid”lə yeni müqavilə istəmir – səbəb Xabi Alonso ilə gərginlikdir.
90plus.az xəbər verir ki, “Real Madrid”in ulduz hücumçusu Vinisius Junior klubla yeni müqavilə imzalamaq istəmir. Buna səbəb braziliyalı vingerin komandanın baş məşqçisi Xabi Alonso ilə münasibətlərinin gərgin olması göstərilir.
25 yaşlı futbolçu “El Klasiko”da əvəzləndikdən sonra emosional reaksiya vermiş, daha sonra klub prezidenti Florentino Pereslə görüşərək üzr istəmişdi. Görüş zamanı Vinisius müqavilə müddətinin uzadılmasının Alonso ilə münasibətlərə görə çətinləşdiyini bildirib.
ℹ️ “The Athletic”
ƏLAVƏ: ”Real Madrid”də hazırkı vəziyyət klub rəhbərliyini ciddi şəkildə narahat edir.
Futbolçularla məşqçi heyəti arasında münasibətlərin zədələndiyi, bunun da meydandakı davranışlara açıq-aşkar yansıdığı qeyd olunur.
Klub üçün ən qorxulu məqam oyunçuların jestləri, bədən dili və “həvəssiz” görünümləridir.
Əvvəllər fədakarlığı və mübarizliyi şübhə doğurmayan bəzi futbolçular, artıq ilk çətinlikdə geri çəkilir, sanki mübarizədən vaz keçir, meydanda heç bir səylə görünmürlər.
🔗diarioas
“Real Madrid”də bir çox futbolçu Xabi Alonsonu komandada görmək istəmir.
Klubda isə bu qərarı dəstəkləyən rəhbərlər də var. İşlər içəridə qarışıqdır.
📌JorgeCPicon
© Copyright 2025, All Rights Reserved