Vinisius El Klassikoya görə üzr istədi
Vinisius Junior “El Klasiko”dakı reaksiyasına görə üzr istədi.
90plus.az xəbər verir ki, “Real Madrid”in ulduzu Vini Jr. El Klasikoda (2:1) əvəzləndikdən sonra göstərdiyi emosional reaksiyaya görə azarkeşlərdən üzr istəyib. Braziliyalı futbolçu sosial mediada paylaşım edərək davranışını etiraf edib.
Vinisius bildirib: “Bu gün “El Klasiko” zamanı əvəz olunduğum an verdiyim reaksiyaya görə bütün madridistalardan üzr istəmək istəyirəm. Bugünkü məşq zamanı artıq şəxsi şəkildə etdiyim kimi, həmçinin komanda yoldaşlarımdan, klubdan və prezidentdən də bir daha üzr istəyirəm. Bəzən qələbə qazanmaq və komandama kömək etmək istəyi ilə dolu həvəsim məni idarə edir. Rəqabət ruhum bu klub və onun təmsil etdiyi hər şeyə duyduğum sevgidən gəlir. “Real Madrid”in uğuru üçün, ilk gündən olduğu kimi, hər saniyə mübarizə aparacağıma söz verirəm.”
Xabi Alonsonun rəhbərlik etdiyi “kral klubu”nun tərəfdarları hadisə sonrası futbolçunun bu jestini müsbət qarşılayıb. Klub daxilində də məsələnin artıq bağlandığı qeyd olunur.
Vini Jr.ın növbəti oyunlarda start heyətdə yer alması gözlənilir və braziliyalının komanda üçün motivasiyası yüksək olaraq qalır.
© Copyright 2025, All Rights Reserved