Vinisius növbəti oyunu buraxa bilər - SƏBƏB
Vinisius Junior Braziliya millisinin növbəti oyununu buraxa bilər.
90plus.az xəbər verir ki, Fransa ilə keçirilən qarşılaşmada (1:2) 90 dəqiqə meydanda olan 25 yaşlı vinger bu gün komanda ilə məşqə qatılmayıb. O, yalnız zalda fərdi proqram üzrə çalışıb və yaşıl meydançaya çıxmayıb.
Bu səbəbdən "Real" futbolçusunun Xorvatiyaya qarşı keçiriləcək yoldaşlıq görüşündə iştirakı sual altına düşüb. Qarşılaşma ABŞ-da 31 martdan 1 aprelə keçən gecə saat 04:00-da baş tutacaq.
© Copyright 2026, All Rights Reserved