Vinisiusla Alonso arasında gərginlik olub
Vinisiusla Xabi Alonso arasında gərginlik – “Real Madrid” liderliyi əldən verdi.
90plus.az xəbər verir ki, “Real Madrid”in “Jirona” ilə səfər oyununda (1–1) komanda daxilində gərgin anlar yaşanıb. Movistar Deportes-in məlumatına görə, Vinisius Junior görüş zamanı Xabi Alonso və onun məşqçi heyəti ilə nəsə üstündə mübahisə edərkən kameralar tərəfindən görüntülənib.
Epizod zamanı Xabi Alonsonun Viniyə sərt şəkildə “sus” deyərək onu cinah mövqeyinə qayıtmağa məcbur etdiyi bildirilir. Gərginliyin səbəbi açıqlanmasa da, hadisə sosial şəbəkələrdə böyük müzakirələrə yol açıb.
Matçda itirilən iki xal Madrid klubuna baha başa gəlib. “Real Madrid” bu nəticədən sonra La Liqada lider mövqeyini itirib və yaxın izləyicilərinin arxasına düşüb.
Komandanın Madridə qayıdışından sonra klub daxilində vəziyyətin necə idarə olunacağı maraqla gözlənilir.
© Copyright 2025, All Rights Reserved