Vinisiusun evi yandı

Vinisiusun Madriddəki evi yanıb – xoşbəxtlikdən xəsarət alan olmayıb.
90plus.az xəbər verir ki, “Real Madrid”in ulduz hücumçusu Vinisius Juniorun Madriddəki evi yanğına məruz qalıb. ESPN-in məlumatına görə, hadisə bu gün. cümə axşamı baş verib, lakin zərər az olub və xəsarət alan yoxdur.
Məlumata əsasən, yanğın La Moraleja məhəlləsində yerləşən evin zirzəmisində, saunanın tavan hissəsində başlayıb. Sauna tamamilə yanıb, lakin yanğın qısa müddətdə söndürülüb.
Hadisə zamanı Vinisius evdə olmayıb. O, hazırda Cənubi Koreyada, Braziliya yığmasının Cənubi Koreya və Yaponiya ilə keçirəcəyi yoldaşlıq oyunlarına hazırlaşır.
Yanğın baş verən anda futbolçunun ev işçiləri və dostları evdə olub və onlar təxminən səhər saat 11:00-da təcili yardım xidmətlərinə zəng ediblər.
La Moraleja, Madridin mərkəzinə yaxın, paytaxtın ən bahalı və elit bölgələrindən biridir. Həmçinin bu ərazi “Real Madrid”in Valdebebas təlim-məşq bazasına da yaxındır.
© Copyright 2025, All Rights Reserved