Vinsent Kompani şorba zövqünü bölüşdü
“Bayern Münhen”in baş məşqçisi Vinsent Kompani mətbəx zövqlərindən danışdı.
90plus.az xəbər verir ki, “Bayern Münhen”in baş məşqçisi Vinsent Kompani qeyri-adi mövzuda – yemək zövqləri və bunun xarakteri ilə əlaqəsi barədə fikirlərini bölüşüb.
Klubun media nümayəndəsinin sualını cavablandıran belçikalı mütəxəssis bildirib ki, şorbanı heç vaxt istiot olmadan içmir:
“Bəli, mən heç vaxt şorbanı istiotsuz yemirəm. Ədviyyatları və aromaları sevirəm. Bu, yəqin ki, Afrika köklərimlə bağlıdır. Evdə həm ənənəvi Belçika yeməkləri, həm də atamın vətəni olan Konqoya aid təamlar bişirilirdi. Məsələn, pili-pili. Amma bu gün Bavariya mətbəxindən də eyni dərəcədə zövq alıram – məsələn, kolbasa salatını çox sevirəm”.
Qeyd: Vinsent Kompani 2025/26 mövsümündən etibarən “Bayern Münhen”in baş məşqçisi kimi çalışır və komandada həm meydanda, həm də meydandan kənarda öz üslubunu formalaşdırmağa çalışır.
© Copyright 2026, All Rights Reserved