Vircil van Deyk “Qarabağ”la matçdan danışdı
Vircil van Deyk Qarabağ”la oyundan: "1/8 final üçün həlledici məqam gələn həftədir".
90plus.az xəbər verir ki, “Liverpul”un müdafiəçisi Vircil van Deyk “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsi oyunu öncəsi açıqlama verib. O, birbaşa 1/8 finala yüksəlməyin komandası üçün vacib olduğunu bildirib:
“Birbaşa 1/8 finala yüksəlmək bizim üçün çox önəmlidir. Pley-off mərhələsini buraxmaq bizim gərgin oyun qrafikimizdə əhəmiyyətli üstünlük yaradacaq. Gələn həftə hər şey bizdən asılı olacaq.
Evdə oynayacağıq. İlk 8-likdə yer alacağımızdan əmin olmalıyıq. Hazırda turnir cədvəlindəki mövqeyimiz yaxşıdır, amma həlledici məqam gələn həftədir”, – deyə Van Deyk qeyd edib.
Turnir cədvəlində vəziyyət belədir:
ℹ️ Liqa mərhələsinin sonuncu 8-ci turu çərçivəsində keçiriləcək oyun 29 yanvar tarixində “Enfild” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved