Virts: “130 milyona transferim normal deyil”

Florian Virtz: “136 milyon avroya transferim normal deyil”.
90plus.az xəbər verir ki, "Liverpul”un yeni transferi Florian Virtz keçidi ilə bağlı açıqlama verib. 21 yaşlı yarımmüdafiəçi böyük məbləğə görə üzərində təzyiq hiss etmədiyini bildirib.
Gənc futbolçu Sky Sport-a müsahibəsində bunları deyib:
🔊 “Təbii ki, “Liverpul”un məni 136 milyon avroya (bonuslarla birlikdə) transfer etməsi normal deyil. Hamı bunu anlayır. Amma keçidim artıq reallaşıb. Arne Slot məndən buna görə özümə təzyiq göstərməməyi istəyib”.
Xatırlatma: Virtz yay transfer pəncərəsində “Bayer Leverkuzen”dən “Liverpul”a keçib və klub tarixinin ən bahalı oyunçusu olub.
© Copyright 2025, All Rights Reserved