Virtzin qolu ləğv olundu - Hələ də qolu yoxdur
Florian Virtzin Premyer Liqada qolsuz seriyası davam edir.
90plus.az xəbər verir ki, "Liverpul"un hücumameyilli yarımmüdafiəçisi İngiltərə çempionatında keçirdiyi 13 oyunda nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb.
"Qırmızılar"ın 14-cü turun "Sanderland" ilə matçında (1:1) qol əvvəlcə alman futbolçunun adına yazılsa da, sonradan avtoqol kimi qeydə alınıb.
"Liverpul" yayda Virtzi "Bayer Leverkusen"dən 116 milyon funt sterlinq müqabilində transfer etmişdi.
© Copyright 2025, All Rights Reserved