Vitor Pereyra braziliyalı "Vulverhempton"a istəyir

Bir vaxtlar "Fənərbağça" klubunu da çalışdırmış portuqaliyalı mütəxəssis Vitor Pereyra hazırda baş məşqçisi olduğu "Vulverhempton"un heyətini gücləndirmək məqsədilə braziliyalı futbolçu ilə maraqlanır.
90plus.az xəbər verir ki, məşqçinin əsas hədəfi isə "Flamenqo"dan keçmiş yetirməsi Evertton Arauxodur. "Vulverhempton" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün 10 milyon avroluq təklif hazırlayır. Lakin bu təklif Arauxonun 31 dekabr 2028-ci ilə qədər qüvvədə olan müqaviləsindəki 40 milyon avroluq sərbəstqalma məbləğindən xeyli aşağıdır.
Vitor Pereyra bu ilin fevral ayından "Vulverhempton"un baş məşqçisi təyin olunduğu gündən bəri Arauxonu transfer etmək arzusundadır.
Digər tərəfdən, Evertton Arauxo ilə yalnız İngiltərə təmsilçisi yox, Almaniyanın "Ayntraxt Frankfurt" klubu da maraqlanır. "Ayntraxt Frankfurt" təmsilçisinin meneceri Stefan Krausse artıq Braziliyaya ezam olunub və oyunçu ilə ilkin əlaqə yaradılıb.
© Copyright 2025, All Rights Reserved