Voytsex Şesni: “Bədən yağıma görə rekord qırdım, başımla oynayıram”
Voytsex Şesni: “Bədən yağına görə "Barselona" rekordunu qırdım, amma bu iş şahmat kimidir”.
90plus.az xəbər verir ki, Polşa millisinin və "Barselona"nın qapıçısı Voytsex Şesni GQ Poland-a verdiyi müsahibədə həm bədən çəkisi, həm də qapıçılıq fəlsəfəsi barədə maraqlı açıqlamalar verib.
Şesni bildirib ki, yeməyi sevir və sərhədləri qorumağa çalışsa da, bədən yağı - köklük baxımından "Barselona" rekordunu qırıb:
“Yeməyi sevirəm, sərhədləri qoruyuram, amma buna baxmayaraq, bədən yağı ilə Barcelona rekordunu qırdım.”
O, həmçinin Robert Levandovski ilə Polşa millisində paltardəyişmə otağında baş verən zarafatı xatırladıb:
“Bir dəfə Levi mənimlə zarafat edirdi – mən təkcə alt paltarı ilə idim – dedi: ‘Şesni bu bədənlə necə belə bir karyera qura bilər?’”
Şesninin məşqçisi də qapıçı olduğu üçün ona belə məsləhət verib:
“Bax, Levi, qapıda durmaq şahmat kimidir. Sanki əllərlə oynayırsan, amma əslində başınla.”
Şesni müsahibəsini belə yekunlaşdırıb:
“O gündən sonra kim nə deyirsə desin: ‘Voytsex, idman zalına get,’ mən cavab verirəm: ‘Dinlə, bu şahmatdır.’”
Qapıçının sözləri onun uğurunun yalnız fiziki hazırlıqdan deyil, həm də zehni bacarıq və intuisiyadan qaynaqlandığını göstərir.
© Copyright 2026, All Rights Reserved