"Vulverhempton" David Moller Volfu transfer etdi

İngiltərə Premyer Liqasında çıxış edən "Vulverhempton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
90plus.az xəbər verir ki, klubun rəsmi saytının yaydığı məlumata görə, Niderland təmsilçisi "AZ Alkmaar"dan David Moller Volf transfer olunub. Norveçli sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
23 yaşlı futbolçu transferdən sonra fikirlərini bölüşüb:
"‘Vulverhempton’un bir hissəsi olduğum üçün çox sevincliyəm. İdman direktoru Domeniko Teti və baş məşqçi ilə danışdığım andan etibarən mənə nə qədər çox istəkli olduqlarını hiss etdim. Premyer Liqa xüsusilə Norveçdə çox izlənilən, böyük bir liqadır. İnsanların ən çox izlədiyi çempionatdır. Buna görə Premyer Liqa klubu mənimlə maraqlandıqda, xüsusilə də bu ‘Vulverhempton’ olduqda, transferə çox istəkli idim", – deyə Volf bildirib.
Qeyd: David Moller Volf "AZ Alkmaar"ın heyətində ümumilikdə 92 oyuna çıxıb və 4 qol vurub.
© Copyright 2025, All Rights Reserved