"Vulverhempton" köhnə qapını döydü - Yeni məşqçi bəlli oldu
90plus.az xəbər verir ki, Premyer Liqada 2025/26 mövsümündə ilk 10 turda qələbə qazana bilməyən və uğursuz nəticələr səbəbindən müqaviləsini yeni uzatdığı baş məşqçi Vitor Pereyra ilə yollarını ayıran "Vulverhempton" yeni çalışdırıcısını tapıb.
İngiltərə mətbuatının məlumatına görə, komandanın rəhbərliyi Pereyradan boşalan posta keçmiş baş məşqçisi Qari O’Nili gətirmək qərarına gəlib. 42 yaşlı mütəxəssis daha əvvəl də "Vulverhempton" klubunda çalışıb və 2024-cü ilin dekabrında komandadan ayrıldıqdan sonra başqa klubla anlaşmamışdı.
O’Nil daha öncə "Bornmut" komandasını Premyer Liqaya yüksəltməyi bacarmış və "Vulverhempton"dakı ilk dönəmində 63 oyunda komandanı idarə etmişdi.
Klub rəhbərliyi bu təyinatla komandanın mövsümün qalan hissəsində yüksəlişə keçəcəyinə ümid edir.
© Copyright 2026, All Rights Reserved