Xabi Alonso gənc futbolçunun üstündən xətt çəkdi

"Real Madrid"in çalışdırıcısı Xabi Alonso bəzi futbolçularla yollarını ayırmağı planlaşdırır.
90plus.az xəbər verir ki, bu oyunçulardan biri də Raul Asensiodur. İspan mütəxəssis onu gələcək planlarına daxil etmir.
X. Alonso gənc futbolçunun “Real Madrid”in səviyyəsinə uyğun olmadığını hesab edir və onun klubdakı taleyi hazırda qeyri-müəyyən olaraq qalır.
Bu barədə "OkDiario" nəşri məlumat yayıb.
R. Asensio 14 yaşından etibarən Madrid klubunun formasını geyinir. O, ötən mövsümdən əsas komandaya cəlb olunub və 46 matçda meydana çıxıb.
© Copyright 2025, All Rights Reserved