Xabi Alonso: “Rodriqonun qolları çox vacib idi”
“Real Madrid”in baş məşqçisi Xabi Alonso Rodriqo Qoesin son oyunlardakı qeyri-adi təsirindən məmnun olduğunu bildirib.
90plus.az xəbər verir ki, Alono Rodriqodan ağızdolusu danışıb:
“Bu sualı verməyinizə çox sevindim, çünki Rodriqo bizim üçün çox yaxşı xəbərdir. Təkcə vurduğu qollara görə yox, həm də dördüncü yarımmüdafiəçi və ya üçüncü hücumçu kimi oynadığı rola görə. Onun keyfiyyətini nəzərə alsaq, bu mövqeləri dəqiq müəyyənləşdirmək bir az çətindir, amma bu rol bizə müdafiə balansı verir… Üstəlik, hər zaman sahib olduğu keyfiyyətlə qollar da əlavə edəndə… vurduğu qollar çox vacib idi”, – deyə ispan mütəxəssis qeyd edib.
Uzun müddət davam edən məhsuldarsız seriyadan sonra braziliyalı hücumçu “Mançester Siti” və “Alaves”lə ardıcıl oyunlarda qol vuraraq yenidən ən yaxşı formasına qayıdıb.
Rodriqonun sabah İspaniya Kral Kubokunun 1/16 final mərhələsində “Talavera”ya qarşı keçiriləcək oyunda bu seriyanı davam etdirmək üçün yaxşı imkanı var.
ℹ️ Çətin “Alaves” səfərində “Real Madrid"in həlledici Rodriqonun qolu ilə qalib gəlməsi (Alaves 1 - 2 Real Madrid) baş məşqçi Xabi Alonsonu postda saxladı.
Rodriqo isə 32 oyunluq qol həsrətindən sonra ardıcıl iki oyunda fərqlənmiş oldu!
© Copyright 2025, All Rights Reserved