Xabi Alonso sol cinah müdafiəçisinə "hə" dedi

90plus.az xəbər verir ki, Xabi Alonsonun rəhbərliyi altında ilk mövsümünə hazırlaşan "Real Madrid" yay transfer dövrünün dördüncü cəhdini sol cinah müdafiəsinə yönəldib.
FIFA Klublararası Dünya Çempionatı öncəsi Dean Huyssen, Trent Aleksandr-Arnold və Franko Mastantuono transferlərini rəsmiləşdirən "Real Madrid" indi isə "Benfika"da çıxış edən sabiq oyunçusu Alvaro Karrerasın geri qaytarılması üçün hərəkətə keçib.
"Athletic" nəşrinin yaydığı xəbərə görə, "Real Madrid" öz akademiyasında yetişmiş Alvaro Karreras üçün 50 milyon avroluq sərbəstqalma məbləğini ödəməyi qəbul edib. Bildirilib ki, klub bu məbləği "Benfika" ilə əldə olunan razılığa əsasən mərhələli şəkildə ödəyəcək.
Qeyd: Karreras karyerasına "Real Madrid"in akademiyasında başlayıb. Daha sonra İngiltərədə "Mançester Yunayted" və "Preston" formalarını geyinib. "Mançester Yunayted"dən "Qranada"ya və ardından "Benfika"ya icarəyə verilən futbolçu 2024/25 mövsümündə Portuqaliya klubuna transfer haqqı ilə keçmişdi.
© Copyright 2025, All Rights Reserved