Xabi Alonso: "Valverde komandaya fədakarlıq edir"
Xabi Alonso Valverdenin sağ cinah müdafiəçisi kimi oynaması barədə danışdı.
90plus.az xəbər verir ki, "Real Madrid"də zədələr onu bu addımı atmasına səbəb olur.
"Elə oyunlar var ki, orada o inanılmaz idi: "Barsa", "Yuventus"... Onun əsas mövqeyini bilirik, amma o çox fədakardır."
"O komandaya kömək etmək, loqonu qorumaq istəyir və klubun dəyərlərini mükəmməl şəkildə təcəssüm etdirir. Onu komandada görmək əsl imtiyazdır."
© Copyright 2025, All Rights Reserved