Xabi Alonsonun Rodriqo ilə bağlı qərarı məlum oldu

"Real Madrid"in baş məşqçisi Xabi Alonso, "Osasuna" ilə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında Rodriqo ilə bağlı yayılan transfer söz-söhbətlərinə aydınlıq gətirib.
90plus.az xəbər verir ki, yay transfer dönəmində mətbuatda tez-tez yer alan iddialara toxunan Alonso, xüsusilə Rodriqo haqqında çıxan xəbərlərə son nöqtəni qoyub.
Təcrübəli çalışdırıcı bildirib: "Yay transfer dönəmində bir çox xəbər yayılır. Rodriqo yaxşı vəziyyətdədir və mən ona inanıram. Komandadakı hər bir futbolçuya güvənirəm və onların komandaya tam şəkildə köklənməsini, yüz faiz performans göstərməsini istəyirəm. Hazırda məni düşündürən və məşğul edən tək məsələ budur."
Xabi Alonsonun bu açıqlaması ilə Rodriqonun komandada qalacağı dəqiqləşmiş oldu.
© Copyright 2025, All Rights Reserved