Xames Rodrigesin mundialda iştirakı möcüzəyə qaldı
Kolumbiyalı ulduz futbolçu Xames Rodrigesin 2026 Dünya Çempionatında oynamaq arzusu ciddi təhlükə altına düşüb.
90plus.az xəbər verir ki, hazırda MLS-də çıxış edən futbolçu klubu “Minnesota Yunayted”də gözlənilməz problemlə üzləşib. Komandanın baş məşqçisi Kemeron Nouls Xames Rodriges barədə çox sərt açıqlama verib və onun planlarına daxil olmadığını açıq şəkildə bildirib.
Məşqçi açıqlamasında bildirib:
“Onunla bağlı planlarım yoxdur.”
Bu açıqlamadan sonra futbolçunun transferinin daha çox idman yox, marketinq məqsədli olduğu barədə iddialar güclənib. Klubun ulduz futbolçunu əsas heyət üçün deyil, daha çox reklam və azarkeş marağı üçün transfer etdiyi deyilir.
Əgər Xames Rodriges “Minnesota Yunayted”də müntəzəm oyun praktikası qazanmasa, Kolumbiya millisində yerini itirə bilər. Bu isə onun 2026-cı ildə keçiriləcək Dünya Çempionatında oynamaq şansını ciddi şəkildə azalda bilər.
Qeyd: Xames Rodriges karyerası ərzində “Real Madrid”, “Bayern Münhen”, “Everton” və digər klublarda çıxış edib və uzun illər Kolumbiya millisinin əsas liderlərindən biri olub. İndi isə onun milli komandadakı gələcəyi klub karyerasından birbaşa asılı olacaq.
© Copyright 2026, All Rights Reserved