Xorxe Jezus “Əl-Nəsr”də, Ronaldo razılaşıb

Xorxe Jezus “Əl-Nəsr”in yeni baş məşqçisi kimi razılığa gəlib! O, bu vəzifədə italiyalı Stefano Piolini əvəzləyəcək.
90plus.az xəbər verir ki, Jezus yaxın vaxtlarda rəsmi olaraq təqdim olunacaq.
Məlumata görə, “Əl-Nəsr” rəhbərliyi Jezusa 1+1 illik (bir il və əlavə uzadılma imkanı) müqavilə təklif edib. Razılaşmaya əsasən, portuqaliyalı mütəxəssis ildə təxminən 7 milyon avro məvacib alacaq. Bu böyük müqavilə klubun yüksək hədəflərini ortaya qoyur.
Maraqlıdır ki, Jezus bu qərarı təkbaşına verməyib. O, müqaviləyə razılıqdan əvvəl Kriştiano Ronaldo ilə əlaqə saxlayaraq qarşıdakı mövsüm üçün birgə fəaliyyət planını müzakirə edib. Bu da “Əl-Nəsr”in yeni texniki layihəsində portuqaliyalı ulduzun əsas rolunu təsdiqləyir.
Həmin mənbənin məlumatına görə, “Əl-Nəsr” yaxın bir həftə ərzində bu keçidi rəsmi şəkildə açıqlaya bilər. Qeyd olunur ki, Jezusun ötən mövsüm çalışdırdığı “Əl-Hilal” klubu onun əzəli rəqibə keçidinə etiraz etməyib.
Yeni baş məşqçinin əsas məqsədlərindən biri Kriştiano Ronaldonun tarixi 1000 qol hədəfinə çatmasına dəstək vermək, eyni zamanda “Əl-Nəsr”i 2023-cü ildən bəri uzaq qaldığı çempionluğa qaytarmaq olacaq.
📰: noticiasaominuto / Fabrizio Romano / ysscores
© Copyright 2025, All Rights Reserved