Xulian Alvares: “Döymə yox, siqaret yox, alkoqol yox”
Xulian Alvares: “Döymə etdirməməyim fərqli görünmək üçün deyil”.
90plus.az xəbər verir ki, Argentina millisinin və “Mançester Siti”nin hücumçusu Xulian Alvares yığmadakı yeganə döyməsiz futbolçu olmasının səbəbini açıqlayıb.
Gənc hücumçu bildirib ki, bu qərar uşaqlıqdan ailəsində formalaşmış prinsiplərlə bağlıdır:
“Atam bizə həmişə deyərdi: ‘Döymə yox, siqaret yox, alkoqol yox.’ Milli komandada kimsə dedi ki, mən yeganə oyunçuyam ki, döyməm yoxdur. Mən bunu fərqli görünmək üçün etmirəm. Sadəcə uşaqlıqdan belə öyrənmişəm. İndi hər kəs öz seçimlərini edir, amma mən buna ehtiyac duymuram.”
Alvaresin bu sözləri Argentina azarkeşləri tərəfindən müsbət qarşılanıb və onun nizam-intizamlı həyat tərzi sosial şəbəkələrdə də alqışlanıb.
© Copyright 2026, All Rights Reserved