Yamal Eddi Haunun iştahasını küsdürdü: 1-1
Lamin Yamal “Sent-Ceyms Park”da oyunun sonlarında penaltini dəqiq yerinə yetirərək “Barselona”nın gələn həftə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Nyukasl Yunayted”i qəbul edəcəyi qarşılaşma öncəsi ümidlərini qorudu.
90plus.az xəbər verir ki, Eddi Haunun klubun ən böyük oyunlarından biri kimi xarakterizə etdiyi matçda 86-cı dəqiqədə Harvi Barnsın bir toxunuşla vurduğu qol “sağsağanlar”ın vacib qələbə qazandığını düşündürürdü.
Lakin əlavə olunmuş dəqiqələrdə Malik Tiau Dani Olmonu cərimə meydançasında yerə yıxdı. Nəticədə Lamin Yamal penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirdi və gələn həftə “Spotify Kamp Nou”da keçiriləcək cavab oyunu öncəsi komandasını məğlubiyyətdən xilas etdi:
Nyukasl 1 - 1 Barselona
H. Barnes 86'
L. Yamal 90+6’ (p)
Qollar: https://t.me/doxsanplus/115215
Çempionlar Liqası, 1/8 final. İlk oyunlar
Beləliklə, “Nyukasl”dakı heç-heçə cütün taleyinin gələn həftə “Barselona”da həll olunacağını göstərir. Qalib komanda Çempionlar Liqasının 1/4 finalına yüksələcək.
© Copyright 2026, All Rights Reserved