Yamal nənəsi ilə Ramazan ərzaqları payladı
Lamin Yamal Ramazan ayında xeyriyyə aksiyasında iştirak edib.
90plus.az xəbər verir ki, “Barselona”nın gənc ulduzu Lamin Yamal müqəddəs Ramazan ayında xeyriyyə aksiyasına qoşulub.
İspaniyalı futbolçu nənəsi ilə birlikdə ehtiyacı olan ailələr üçün təşkil olunan ərzaq paylanması aksiyasında iştirak edib. Yamal bir neçə ailəyə Ramazan səbətlərinin çatdırılmasına kömək edib və bu addımı ilə sosial həmrəyliyə dəstək göstərib.
Bildirilir ki, təşəbbüs müqəddəs Ramazan ayında ehtiyacı olan insanlara dəstək olmaq və onlara sevinc bəxş etmək məqsədi daşıyan xeyriyyə fəaliyyətinin bir hissəsidir.
Gənc futbolçunun bu humanitar jesti sosial şəbəkələrdə də geniş rezonans doğurub. İzləyicilər onun bu addımını yüksək qiymətləndirərək, paylaşımı çoxsaylı müsbət rəylərlə qarşılayıblar.
© Copyright 2026, All Rights Reserved