Yamal qarşıdakı oyunu buraxacaq

Lamin Yamal “Barselona”nın qarşıdakı görüşündə iştirak etməyəcək.
90plus.az xəbər verir ki, katalon klubunun cinah oyunçusu qasıq nahiyəsində yaşadığı narahatlıq səbəbilə İspaniya millisinin heyətindən çıxarılıb. Komandanın baş məşqçisi Hans-Diter Flik 18 yaşlı futbolçunun “Real”a qarşı oynayıb-oynamayacağının hələ dəqiq bilinmədiyini qeyd etmişdi.
Başlanğıcda Yamalın 18 oktyabrda baş tutacaq “Jirona” ilə oyuna qədər sağalacağı gözlənilirdi. Lakin Mundo Deportivonun yaydığı xəbərə görə, futbolçu bu matçda da meydana çıxmayacaq.
“El-Klasiko” qarşılaşması 26 oktyabr tarixində keçiriləcək.
© Copyright 2025, All Rights Reserved