Yamal unikal rekord qırdı!

İspaniya futbol tarixində 18 yaşına çatmadan iki La Liqa çempionluğu qazanan yeganə futbolçu Lamin Yamaldır.
90plus.az xəbər verir ki, Lamin Yamal 17 yaş 306 günlüyündə Leo Messinin (18 yaş 313 gün) rekordunu qıraraq 2 La Liqa çempionluğu qazanan ən gənc oyunçu oldu (2022/23 və 2024/25 mövsümü).
Lamine Yamal, 17 yaşında – 2024/25 mövsümü:
La Liqa çempionu;
İspaniya Kuboku qalibi;
İspaniya Superkuboku qalibi;
AVRO-2024 çempionu;
18 qol;
25 assist;
Ən çox yaradılan real qol imkanı;
Ən çox uğurlu reyd.
La Liqa çempionu olandan sonra Lamin Yamal: “Özümü heç vaxt Messi ilə müqayisə etmərəm. O, futbol tarixinin ən yaxşı oyunçusudur”.
Qeyd: 17 yaşlı Lamin Yamal ötən il Ballon d’Or sıralamasında 8-ci yeri tutmuşdu.
Tarixdə bu mükafatı qazanan ən gənc futbolçu isə Ronaldo Nazario olub — 21 yaş 95 günlüyündə. Yamalın bu rekordu qıra biləcəkmi, zaman göstərəcək.
© Copyright 2025, All Rights Reserved