Yamal zədədən meydana qayıdıb, 1 dəqiqə sonra kıubunu lider edir

“Barselona” La Liqada zirvəyə yüksəldi!
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 8-ci turunda “Barselona” doğma meydanda “Real Sosyedad”ı 2:1 hesabı ilə məğlub edib.
Qarşılaşmada hesabı 31-ci dəqiqədə qonaqların futbolçusu Odruoloza açıb. 43-cü dəqiqədə Jül Kunde “Barselona”ya bərabərlik gətirib. Qələbə qolunu isə 59-cu dəqiqədə Robert Levandovski vurub.
Görüşün diqqətçəkən anı Lamin Yamalın zədədən qayıdışı olub. Gənc futbolçu meydana daxil olduqdan cəmi bir dəqiqə sonra Levandovskiyə qol ötürməsi edərək komandasına vacib qələbə qazandırıb.
Barselona 2-1 Real Sosyedad
Odruoloza 31'
J. Kunde 43’
Levandovski 59’
Qollar:
https://t.me/doxsanplus/108401
https://t.me/doxsanplus/108406
https://t.me/doxsanplus/108410
Bu nəticədən sonra “Real Madrid”in “Atletiko”ya uduzmasından yararlanan “Barselona” turnir cədvəlində liderliyə yüksəlib.
37 yaşlı Robert Levandovski indiyədək: 830 oyun; 700 qol və 191 qol ötürməsi.
© Copyright 2025, All Rights Reserved