Yamalın 10 nömrəsi sutkaya 10 milyon avro qazandırdı

“Barselona” Lamin Yamalın 10 nömrəli formasının satışından rekord gəlir əldə etdi.
90plus.az xəbər verir ki, “Barselona”nın yeni 10 nömrəsi Lamin Yamal klub tarixinə sürətli başlanğıc edib. İspaniya nəhəngi gənc futbolçunun adı və nömrəsi yazılmış yeni formaların satışından cəmi 24 saat ərzində 10 milyon avro gəlir əldə edib.
“AS” nəşrinin məlumatına görə, “Nike” şirkətinin istehsalı olan formanın satışları 170 ölkəni əhatə edib. Cəmi bir sutkada 70 minə yaxın forma satılıb. Bir formanı orta qiymətlə hesablasaq, bu göstərici klub tarixində yeni kommersiya rekorduna çevrilib. Geyimlərin baza qiyməti 114,99 avro, orta keyfiyyətli versiyası 134,99 avro, premium modeli isə 184,99 avro təşkil edir.
Yamal özü də bu simvolik nömrəni daşımaqla bağlı ilk açıqlamasını verib:
✍️ “Bu formanı geyinmək üçün yaxşı oynamaq kifayət deyil. Bəziləri tarix yazıblar, digərləri sadəcə oyundan həzz alıblar. Amma 10 nömrəli futbolka… Həyatımda gördüyüm ən gözəl köynəkdir. Bütün gücümü ortaya qoyacağıma söz verirəm”.
Messi, Maradona və Ronaldinyo kimi əfsanələrin geyindiyi 10 nömrənin məsuliyyəti barədə də danışan 17 yaşlı hücumçu bunları deyib:
🗣 “Vaxtilə Messinin çıxış etdiyi nömrə altında oynamaq əlavə təzyiq yaradırmı? Onun öz yolu olub, mən isə öz yolum ilə gedəcəyimə ümid edirəm. Messi, Maradona və Ronaldinyo “Barsa”nın 3 əfsanəsidir. Hər bir uşaq onlara bənzəməyi arzulayır”.Qeyd: Yamal yeni mövsümdən etibarən “Barselona”nın əsas 10 nömrəsi olacaq.
© Copyright 2025, All Rights Reserved