Yamalın başına hadisə gəldi - Pasportunu itirdi

İspaniya milli komandasında hücumçu olan və "Barselona" klubunun üzvü Lamin Yamal Konyada pasportunu itirib.
90plus.az xəbər verir ki, bu hadisə DÇ-2026-nın Türkiyə ilə oyunundan sonra baş verib.
Oyun bitdikdən sonra Lamin uzun müddət, o cümlədən paltardəyişmə otağında pasportunu axtarıb, lakin tapa bilməyib. Nəticədə o, stadionu tərk edib. Laminin Türkiyədən necə ayrılacağı və İspaniyaya necə qayıdacağı hələ məlum deyil.
Qeyd: Türkiyə-İspaniya oyunu 6:0 hesabı ilə qonaqların üstünlüyü ilə yekunlaşıb. Bu qarşılaşmada Lamin Yamal 2 məhsuldar ötürmə reallaşdırıb.
© Copyright 2025, All Rights Reserved